Azərbaycan millisi bu gün UEFA AVRO-2020-nin seçmə mərhələsində sonuncu oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Slovakiya yığmasının qonağı olub.Trnavadakı Anton Malatinski adına stadionda baş tutacaq matç gözlənildiyi kimi rəqibin qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri 2 cavabsız qolla qalib gəlib. Bununla da millimiz qrup mərhələsini cəmi 1 xalla başa vurub.

AVRO-2020

Seçmə mərhələ, E qrupu

23:45. Slovakiya - Azərbaycan 2:0

Qol: Robert Bojenik, 19, Marek Hamşik,86

Baş hakim: Sergey Boyko

Trnava, Anton Malatinski adına stadion

Heyətlər:

Slovakiya: 1. Martin Dubravka, 2. Peter Pekarik, 7. Lukas Haraslin, 9. Robert Bojenik, 11. Matuş Bero, 14. Milan Şkriniar, 15. Norbert Qyömber, 16. David Hançko, 17. Marek Hamşik (k), 19. Yuray Kuçka, 22. Stanislav Lobotka.

Ehtiyat oyunçular: 12. Marek Rodak, 23. Dominik Holeç, 3. Denis Vavro, 4. Martin Valyent, 5. Lübomir Şatka, 16. Yan Qrequş, 8. Andrey Duda, 10. Albert Rusnak, 13. Patrik Hroşovski, 18. Samuel Mraz, 20. Nikolas Şpalek, 21. Mixal Duriş.

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev (k), 3. Şəhriyar Rəhimov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov, 16. Abbas Hüseynov, 18. Anton Krivotsyuk, 14. Eddi İsrafilov, 22. Cavid Hüseynov, 9. Vüsal İsgəndərli, 11. Ramil Şeydayev

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Mehdi Cənnətov, 5. Elvin Camalov, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 10. Ağabala Ramazanov, 13. Dmitri Nazarov, 15. Şəhriyar Əliyev, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda, 21. Pavel Paşayev.