AVRO-2020-nin seçmə mərhələsinin son oyununda Slovakiya yığmasının qonağı olacaq Azərbaycan millisi sözügedən ölkəyə yollanıb.

Offsideplus.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv çarter reysli təyyarə ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb. 

Qeyd edək ki, Slovakiya və Azərbaycan yığmaları arasında keçiriləcək qarşılaşma noyabrın 19-da Trnava şəhərindəki Anton Malatinski stadionunda olacaq. Matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.