“Qrupun favoriti, güclü Almaniya yığmasına qarşı oynadıq. İlk oyundan fərqli olaraq, uşaqlar bu dəfə tapşırığı yerinə yetirdilər. Almaniya kimi güclü komandaya qarşı 90 dəqiqə eyni tempdə mübarizə aparmaq çox çətindir".

Offsideplus.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının seçmə mərhələsində Almaniyaya 0:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.

"Komanda olaraq rəqibdən daha çox qaçdıq, mübarizə apardıq. Məhz bu amilə görə futbolçularımı təbrik edirəm. Rəqib qapısında yaranmış epizodları dəyərləndirə bilsəydik, hesab arasındakı fərq az ola bilərdi. Bu qarşılaşma, bizim üçün böyük təcrübə oldu. Növbəti – sonuncu oyuna hazırlaşacağıq” - deyə o bildirib.