Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsi çərçivəsində 7-ci oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi komanda Uels yığmasını qəbul edib.

"Bakcell Arena"da baş tutan görüşdə qonaqlar 2 cavabsız topla qalib gəliblər.

Bu, iki komanda arasında 8-ci qarşılaşma olub. Əvvəlki görüşlərin yalnız 1-də - 2004-cü il sentyabrın 4-də Azərbaycan millisi Bakıda Uelslə heç-heçə etməyi bacarıb - 1:1. Qalan 7 oyunun hamısında britaniyalılar qələbə qazanıb. 

AVRO-2020

Seçmə mərhələ, E qrupu

21:00. Azərbaycan – Uels 0:2

Qol: Kifer Moore, 10, Harri Uilson, 34

Baş hakim: Deniz Aytekin

Bakı, “Bakcell Arena”

Heyətlər:

Azərbaycan: Emil Balayev, Anton Krivotsyuk, Bədavi Hüseynov, Bəhlul Mustafazadə, Pavel Paşayev, Riçard Almeyda, Qara Qarayev (k), Şəhriyar Rəhimov, Dmitri Nazarov, Araz Abdullayev, Ramil Şeydayev

Uels: Ueyn Hennessi, Ben Deyvis, Kris Mefam, Harri Uilson, Qaret Beyl (k), Kiffer Mur, Tayler Roberts, Etan Ampadu, Tom Lokyer, Co Morrell, Daniel Ceyms