21 yaşadək futbolçulardan ibarət Lixtenşteyn millisinin baş məşqçisi Mixael Stoklasa Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisinə qarşı keçirdiklər oyunu şərh edib.

Offsideplus.az xəbər verir ki, 39 yaşlı mütəxəssis 0:1 hesabıyla məğlub olduqları görüşdən sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“90 dəqiqə sonunda deyə bilərəm ki, Azərbaycanın qol vurmaq üçün daha çox şansı oldu. Amma bizim də şanslarımız vardı. Heç-heçə də edə bilərdik. Bu gün Azərbaycan millisi daha ehtiyatlı oldu ki, qol buraxmasın. İlk oyunda üstünlük bizdə idi və buna görə qələbə qazanmışdıq. Hər iki ölkənin futbolu inkişaf edib. Azərbaycan 10 milyondu, biz 38 min. Bizim də uğurlarımız olub. Azərbaycanda potensiallı futbolçular var və daha yaxşı olacaqlar. Lixtenşteyn kiçik ölkə olduğu üçün orada futbola hobbi kimi baxırlar. Bizdə daha çox incəsənətə meyl var. Biz burada daha böyük hesabla məğlub olsaydıq, böyük bir şey olmazdı”.(matc.az)