"İlk 30-35 dəqiqə rəqibdən aşkar üstün futbol oynadıq. Təəssüf ki, yaratdığımız 3 qol epizodundan istifadə edə bilmədik. Futbol elə oyundur ki, yaratdığın qol imkanlarından istifadə edə bilməsən, bunun acısını çəkəcəksən. Nəticədə belə də oldu".

Offsideplus.az xəbər verir ki, bu sözləri 17 yaşadək futbolçulardan ibarət millimizin baş məşqçisi Vüqar Məmməd Avropa çempionatının ilkin seçmə mərhələsində Yunanıstana 1:6 hesabı ilə uduzduqları oyundan sonra AFFA-nın saytına deyib.

O bildirib ki, yığmamızın qapısına təyin olunan penaltidən sonra oyunun gedişi rəqibin lehinə dəyişib: "9 dəqiqə ərzində qapımızdan 3 top buraxdıq. Fasilədən sonra qollardan birinin əvəzini çıxsaq da, rəqib əks-hücumlarda hesab arasındakı fərqi artırdı. Bu qarşılaşmanı unudub növbəti oyunu düşünməliyik”.