Türkiyə yığması ciddi itki ilə üzləşib.

Offsideplus.az xəbər verir ki, komandanın hücumçusu Cenk Tosun məşq zamanı zədələnib. Bu səbəbdən onun Avro-2020-nin seçmə mərhələsində İslandiya və Andorra ilə matçlarda oynamayacağı bildirilib.

Qeyd edək ki, noyabrın 14-ü İslandiyanı qəbul edəcək Türkiyə yığması bundan 3 gün sonra Andorranın qonağı olacaq.