Qadınlardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, futbolçularımız Kişinyov şəhərindəki “Zimbru” stadionunda Moldova yığması ilə qarşılaşıb. Oyun meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Millimizin heyətində Alina Dorofeyeva fərqlənib.