Almaniya Futbol Federasiyası ölkə yığmasının qadın haqlarının pozulduğu ölkələrdə oynamasını qadağan edib.

Offsideplus.az xəbər verir ki, bu haqda qərar qurumun İcraiyyə Komitəsinin iclasında qəbul edilib.

 

“Bundan sonra biz milli komandamızın qadınların stadiona və digər idman obyektlərinə girişini məhdudlaşdıran ölkədə oynamasına qadağa qoyuruq. Mənim təklifimlə İcraiyyə Komitəsinə təklif edilə layihə yekdilliklə qəbul edilib” - deyə Almaniya Futbol Federasiyasının prezidenti Frits Keller bildirib.