Bu gün qadın futbolçulardan ibarət Azərbaycan yığması AÇ-2021-in seçmə mərhələsi çərçivəsində növbəti qarşılaşmasını keçirib.

Offsideplus.az xəbər verir ki, cari tsikldə ilk ev matçında rəqib Çexiya milli komandası olub.

Bu, qadınların əsas yığmasında 10-11 illik fasilədən sonra öz meydanında ilk seçmə mərhələ görüşü olub. Siyasət Əsgərovun yetirmələri qrupda mübarizəyə İspaniyayla səfər matçıyla başlayaraq 0:4 hesablı məğlubiyyət almışdı.

“ASCO Arena”da baş tutan çexlərlə qarşılaşma da millimizin məğlubiyyəti ilə başa çatıb. Komandamız bu dəfə də 4 cavabsız qolla məğlub olub.

Qeyd edək ki, millimiz bu oyundan 3 gün sonra Moldova yığmasıyla səfər matçını keçirəcək.