Argentina yığmasının heyəti açıqlanıb. 

Offsideplus.az xəbər verir ki, komandanın kapitanı Lionel Messi də üç aylıq fasilədən sonra yığmaya dəvət alıb.

 Cənubi Amerikanın Futbol Federasiyası “Barselona”nın hücumçusunu avqust ayında üç aylıq cəzalandırmışdı. Buna səbəb Messinin Braziliyada keçirilən Amerika Kuboku oyunları zamanı Cənubi Amerika məmurlarını korrupsiyada ittiham etməsi olub.