Argentinalı futbolçu, “Barselona”nın ulduzu Lionel Messi etiraf edib ki, braziliyalı Ronaldo ona görə ən yaxşı hücumçudur.

Offsideplus.az xəbər verir ki, o, fikirlərini belə ifaəd edib:

“Ronaldo əsl fenomen idi. O, gördüyüm ən yaxşı hücumçu idi. O, sadəcə möhtəşəm idi”.

Ronaldo “Kruzeyro”, PSV, “Barselona”, “İnter”, “Real Madrid”, “Milan”, “Korintians” klublarının heyətində çıxış edib. Braziliya millisinin heyətində isə o, iki dəfə (1994, 2002) dünya çempionu adı qazanıb.(oxu.az)