21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində bu gün növbəti oyununu keçirir. 

Offsideplus.az xəbər verir ki, 2-ci qrupda yer alan Milan Obradoviçin komandası evdə İsveçrə yığması ilə qarşılaşır. “Sumqayıt Arena”da keçirilən görüş saat 20:00-da başlayıb.


Qeyd edək ki, ilk turda Lixtenşteynə uduzan (0:1) millimiz Slovakiya üzərində qələbə qazansa da (2:1), son iki oyunda Gürcüstana 0:3, Fransaya 0:5 uduzub.