Bu gün Sumqayıtdakı "Kapital Bank Arena"da ilk rəsmi beynəlxalq oyun keçiriləcək.

Offsideplus.az-ın məlumatına görə, saat 20:00-da Azərbaycan və İsveçrənin 21 yaşadək futbolçulardan ibarət milli komandaları üz-üzə gələcək. 

Hazırda İsveçrə 2 oyundan 6 xalla qrup lideri, Azərbaycan isə 4 oyundan 3 xalla sonuncudur. 

Avropa çempionatı

Seçmə mərhələ, 2-ci qrup

20:00. Azərbaycan - İsveçrə

Hakimlər: Novak Simoviç, Svetozar Jivin, Nikola Coroviç, Miloş Milanoviç (hamısı Serbiya)

Sumqayıt, "Kapital Bank Arena".