Avro-2020-nin seçmə mərhələsində Albaniya ilə matçda (1:0) zədələnən Türkiyə millisinin futbolçusu Əmrə Bəlözoğlunun son durumu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, tibbi müayinədən keçən 39 yaşlı yarımmüdafiəçinin sol qabırğasında qırıq aşkarlanıb.

Bu səbəbdən onun Fransa ilə matçda oynamayacağı bildirilib.