"İnter" klubunun futbolçusu Stefano Sensi sıradan çıxıb.

Offsideplus.az xəbər verir ki,  24 yaşlı futbolçu A seriyasının 7-ci turunda "Yuventus"la qarşılaşmanın (1:2) ilk hissəsində zədələnərək meydanı tərk etmişdi. Sağ ayaq əzələsində problem aşkarlanan və bir neçə həftə yaşıl meydanlardan uzaq qalacağı bildirilən Sensi İtaliya milli komandasının heyətindən də çıxarılıb.

İtaliya mətbuatı iddia edir ki, yarımmüdafiəçi Çempionlar Liqasının 3-cü turunda Dortmund "Borussiya"sı ilə oyunda meydana çıxa bilər.