Bu gün futbol üzrə Azərbaycan milli komandası Bəhreynlə yoldaşlıq görüşünə çıxıb.

Offsideplus.az-ın məlumatına görə, Bəhreyn Milli Stadionunda keçirilən matçda millimiz 3:2 hesabı ilə qalib gəlib.

FİFA-nın son reytinq siyahısında Bəhreyn yığması öndədir. Hazırda bu komanda 1206 xalla 105-ci pillədə qərarlaşıb. Azərbaycan isə 1191 xalla 109-cudur.

Qeyd edək ki, yığmamızın Bəhreynlə görüşü Avro-2020-nin seçmə mərhələsində oktyabrın 13-də Macarıstanla keçiriləcək oyun üçün hazırlıq xarakteri daşıyır.

9 oktyabr

Yoldaşlıq oyunu

20:30. Bəhreyn - Azərbaycan - 2:3
Qollar: Rahman, 31 (1:0), Rüfət Dadaşov, 41 (1:1), Təmkin Xəlilzadə, 62 (1:2), Saad, 68 (2:2), Ramil Şeydayev, 70 (2:3)
Bəhreyn milli stadionu

Heyətlər:

Bəhreyn: 21. Sayed Mohamed Jafar (k), 3. Valeed Mohamed, 5. Ahmed Mubarak, 6. Mohamed Yusuf, 8. Ali Jafar, 10. Abdulvahab A.Rahman, 11. İsmaeel Abdullatif, 17. Abdulla Khaled, 22. Mohamed Adel, 25. Mahdi Faisal, 26. Mohamed Abdulvahab.  
Azərbaycan: 12. Emil Balayev, 5. Abbas Hüseynov, 4. Bəhlul Mustafazadə, 6. Bədavi Hüseynov (k), 3. Şəhriyar Rəhimov, 20. Riçard Almeyda, 13. Eddi İsrafilov, 8. Emin Mahmudov, 11. Ramil Şeydayev, 9. Ağabala Ramazanov, 16. Rüfət Dadaşov.