19 yaşadək qızlardan ibarət Azərbaycan yığması bu gün Avropa çempionatının seçmə mərhələsində son oyununu keçirib. 

Offsideplus.az xəbər verir ki, komandamız Albaniya millisi ilə qarşılaşıb. "Braqa" stadionunda keçirilən görüş yığmamızın qələbəsilə başa çatıb - 1:0.

Qeyd edək ki, millimiz bundan əvvəlki matçlarda Portuqaliya və Almaniyaya 6 cavabsız qolla uduzmuşdu.