Azərbaycan millisinin heyətində daha bir dəyişiklik edilib.

Offsideplus.az-ın məlumatına görə, "Qarabağ"ın oyunçusu Mahir Emreli heyətdən çıxarılıb. Gənc futbolçu Premyer Liqanın VII turunda "Sabah"la qarşılaşmada zədələndiyi üçün yığmadan kənarda qalıb. Baş məşqçi Nikola Yurçeviç onun əvəzinə "Neftçi"nin yarımmüdafiəçisi Namik Ələsgərova dəvət göndərib.

Qeyd edək ki, millimiz oktyabrın 9-da Bəhreynlə yoldaşlıq oyunu keçirəcək, 13-də isə AVRO-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşacaq.