Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib. 

Offsideplus.az xəbər verir ki, Premyer Liqanın VII turunda keçirilmiş "Neftçi" - "Səbail" oyununda zədələnən Səlahət Ağayevin əvəzinə millinin heyətinə "Sumqayıt" klubundan Mehdi Cənnətov dəvət olunub.

Xatırladaq ki, oktyabrın 9-da milli Bəhreynlə yoxlama, oktyabrın 13-də isə Macarıstanla Avro-2020-nin seçmə oyununa çıxacaq.