Kurasao yığmasının qapıçısı Jarzinyo Piter dünyasını dəyişib. 

Offsideplus.az xəbər verir ki, 31 yaşlı qolkiperin KONKAKAF Millətlər Liqasında Haiti ilə matç öncəsi Port-o-Prensdə qaldığı oteldə ürək tutmasından öldüyü bildirilir.

Futbolçunun ölümü səbəbilə KONKAKAF Millətlər Liqasında keçiriləcək bütün matçlar bir dəqiqəlik sükut ilə başlayacaq.

Qeyd edək ki, millinin üçüncü qapıçısı olan J.Piter ada təmsilçisinin heyətində 12 matçda forma geyinib.