Azərbaycan milli komandasının 3 futbolçusu AVRO-2020-nin seçmə mərhələsində cəzalı duruma düşüb.

Offsideplus.az xəbər verir ki, müdafiəçilər Maksim Medvedev (kapitan), Anton Krivotsyuk və yarımmüdafiəçi Dmitri Nazarov  Xorvatiya ilə heç-heçə (1-1) etdiyimiz ev oyununda sarı vərəqə alaraq, limiti doldurublar.

Onlar oktyabrın 13-də səfərdə Macarıstanla qarşılaşmanı buraxmalı olacaqlar.