Portuqaliya yığmasının müdafiəçisi Nelson Semedo zədələnib. 

Offsideplus.az xəbər verir ki, “Barselona”nın 25 yaşlı futbolçusu “Avro-2020”nin seçmə mərhələsi çərçivəsində Serbiya ilə səfər matçında sıradan çıxıb. Rəqib futbolçu ilə toqquşma nəticəsində ağır zədə alan Semedo 65-ci dəqiqədə meydanı xərəkdə tərk etmək məcburiyyətində qalıb.

Qeyd edək ki, Portuqaliya Serbiyaya 4:2 hesablı ilə qalib gəlib.