Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqueira şəhərində təşkil olunan Avropa Super final (European Beach Soccer League) mərhələsində bu gün növbəti matçını keçirib. 

Offsideplus.az xəbər verir ki, millimiz Çexiya yığması ilə qarşılaşıb. 6:1 hesabı ilə qələbə qazanan millimizin qollarını Ramil Əliyev (2), Sabir Allahquliyev (2), Amid Nəzərov və Əbdül Əliyev vurublar.

Komandamız A divizionunda qalmaq uğrunda keçiriləcək oyunda sabah Qazaxıstan yığması ilə görüşəcək. Oyun Bakı vaxtı ilə saat 18:30-da başlayacaq.