Bu gün 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb. 

Offsideplus.az xəbər verir ki, Milan Obradoviçin komandası Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçirilən qarşılaşmada yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığmamızın növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.