Çimərlik futbolu üzrə Azərbaycan yığması Rusiyanın paytaxtı Moskvada təşkil olunan dünya çempionatının seçmə çərçivəsində ilk oyununa çıxıb.

Offsideplus.az xəbər verir ki, millimiz İspaniya ilə üz-üzə gəlib.


15 qolun qeydə alındığı görüşdə Azərbaycan futbolçuları meydanı 5:10 hesablı məğlubiyyətlə üzləşiblər.

bu gün keçirilməli olan Azərbaycan – Ukrayna qarşılaşması baş tutmayıb.

Millimiz iyulun 22-də isə Latviya yığması ilə qarşılaşacaq.

İlk turda qarşılaşmalı olduğumuz Ukrayna millisi isə Rusiyadakı turnirdə iştirakdan imtina edib.