Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının 2021-ci il Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyunlarının stadionu müəyyənləşib. 

Offsideplus.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 6-da Slovakiya, sentyabrın 10-da isə Gürcüstan yığması ilə qarşılaşmalar “Dalğa Arena”da təşkil olunacaq.

Qeyd edək ki, Azərbaycan millisi ilk turda səfərdə Lixtenşteynə uduzub - 0:1.