"İlk 15 dəqiqəyə yaxşı başladıq. Topa daha çox nəzarət etdik. Qol epizodları yaratmasaq da, topu irəli daşıdıq. Rəqib qolu gözləmədiyimiz anda vurdu və oyunu tamamilə dəyişdi. Matçdan sonra hər kəs paltardəyişmə otağında narahat idi. Çünki bu görüşü udmalı idik".

Offsideplus.az-ın məlumatına görə, bu sözləri Argentina millisinin futbolçusu Lionel Messi Amerika kubokunun ikinci turunda Paraqvayla 1:1 bərabərə qaldıqları oyundan sonra deyib.

O bildirib ki, qrupdan çıxmaq üçün sonuncu turda mütləq qələbə qazanmalıdırlar: "Qrupdan çıxmamaq ağılsızlıq olar. Biz oyunumuzu yaxşılaşdırmağın yollarını tapmalıyıq.  Sonuncu matçda mütləq qələbə qazanmalıyıq. Bu, çox çətin olacaq. Hər şey bizdən asılıdır".

Qeyd edək ki, Argentina sonuncu turda Qətərlə oynayacaq.