Bu gün futbol üzrə Azərbaycan millisi AVRO-2020-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, yığmamız Bakıda Slovakiya millisini qəbul edib. Qrupda keçirdiyi ilk iki oyunda Xorvatiya və Macarıstana uduzan millimiz bu dəfə daha ağır məğubiyyətlə üzləşib - 1:5. Slovakiya bu qələbə ilə liderliyə yüksəlib.

E qrupunun digər oyununda isə 3 gün əvvəl Bakıda millimizi məğlub edən (3:1) Macarıstan evdə Uelsi qəbul edəcək.

11 iyun
 
Avro-2020-nin seçmə mərhələsi

E qrupu

20:00. Azərbaycan - Slovakiya - 1:5 
Qol: 
Stanislav Lobotka, 8 (0:1), Yuray Kuçka, 27 (0:2), Ramil Şeydayev, 28 (1:2), Marek Hamşik, 30 (1:3), Marek Hamşik, 57 (1:4), David Hançko, 85 (1:5)
Hakimlər: Con Biton, Alan Malvenni, Sin Karr, Donald Robertson (hamısı Şotlandiya)
Bakı. "Bakcell Arena"