Türkiyə yığması daha bir itki ilə üzləşib. 

Offsideplus.az xəbər verir ki, "Selta" klubunun futbolçusu Okay Yokuşlu yığmanın heyətindən çıxarılıb. Buna səbəb onun Yunanıstanla yoxlama oyununda zədələnməsidir.

Yokuşlunun müalicə olmasına baxmayaraq, Avro-2020-nin seçmə mərhələsində Fransa (8 iyun) və İslandiya (11 iyun) ilə görüşlərinə kimi hazır olmayacağı müəyyənləşib.