Marçello Lippi məşqçilik fəaliyyəti davam etdirəcək.
Offsideplus.az yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis yenidən Çin millisini çalışdıracaq.
Qeyd edək ki, Lippi 2016-cı ildən bu ilin yanvar ayına qədər Çin yığmasını çalışdırıb. O, bu vəzifədə ötən ay istefa verən həmyerlisi Fabio Kannavaronu əvəzləyib.