Portuqaliyanın "Eştoril" klubunun hücumçusu Renat Dadaşovun U-21 yığmamızın mayın 18-dən 28-dək Sloveniyada keçiriləcək təlim-məşq toplanışına çağırılmamasının səbəbi məlum olub.

AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında 19 yaşlı futbolçunun milliyə komandanın baş məşqçisi Milan Obradoviçin istəyilə dəvət olunmadığını bildirib:

"İmtina söhbətinin əsası yoxdur. Çünki Renat ümumiyyətlə təlim-məşq toplanışına dəvət olunmayıb. Obradoviç onu çağırmayıb ki, hansısa etiraz da bildirsin. Baş məşqçinin seçimidir. İstəməyib, çağırmayıb".

Qeyd edək ki, bu gün mətbuatda Dadaşovun  U-21-in təlim-məşq toplanışına qatılmaqdan imtina etdiyi ilə bağlı xəbər yayılıb.