İspaniya milli komandasının keçmiş baş məşqçisi Visente Del Boske çox maraqlı açıqlama ilə gündəmə gəlib.

Offsideplus.az xəbər verir ki, təcrübəli ispan mütəxəssisin dediyinə görə, “Barselona”nın ulduzu Lionel Messi bütün klub karyerasını keçirdiyi ölkənin yığmasından dəvət alıb.

Del Boske “Radio Villa Trinidad”ın canlı efirində bu faktı açıqlayıb. İspan mütəxəssis deyib: “Messi İspaniya milli komandasını xeyli gücləndirərdi. Dəqiq bilirəm ki, federasiya onu yola gətirmək üçün çox çalışıb. Messi hər dəfə imtina edirdi. Çünki öz ölkəsinin milli komandasında oynamaq istəyirdi”.