PSJ klubunun ulduz futbolçusu Neymar Braziliya millisindən uzaqlaşdırıla bilər. 

Offsideplus.az xəbər verir ki, buna səbəb hücumçunun keçən həftə Fransa kubokunun finalında “Renn”ə uduzduqları oyundan sonra azarkeşi vurmasıdır.

Mümkün variantlardan biri də Neymarın kapitanlıqdan məhrum edilməsidir.

Qeyd edək ki, Neymar millidən qovulsa, yayda Braziliyada keçiriləcək Amerika kubokundan kənarda qalacaq.