Milli komandamıza dəvət olunan daha bir futbolçunun adına aydınlıq gəlib.

Offsideplus.az xəbər verir ki, Nikola Yurçeviç qış fasiləsində "Səbail"dən "Tobol"a keçən Emil Balayevi də yığmaya cəlb edib. Bu barədə Qazaxıstan klubunun rəsmi saytı məlumat yayıb. Bildirilib ki, qolkiper martın 21-də "Avro-2020"nin seçmə mərhələsində Xorvatiya, 25-də isə Litva ilə yoldaşlıq görüşlərinə çağırılıb.

Qeyd edək ki, Emildən əvvəl "Proyysen"dən Rüfət Dadaşov, "Krılya Sovetov"dan Ramil Şeydayev və "Erzgebirge"dən Dmitri Nazarovun milliyə dəvət aldığı açıqlanmışdı.