Yığmamızın yeni baş məşqçisi Nikola Yurçeviçin yığmamıza çağırdığı daha bir futbolçu məlum olub. 

Offsideplus.az xəbər verir ki, o, "Erzgebirge"nin hücumçusu Dmitri Nazarovu Xorvatiya ilə Avro-2020-nin seçmə mərhələsi və Litva ilə yoxlama oyunu üçün milliyə dəvət edib. Bu barədə Aue təmsilçisinin saytı məlumat yayıb.

Qeyd edək ki, seçmə mərhələnin ilk turunda martın 21-də səfərdə Xorvatiyanın qonağı olacaq millimiz 4 gün sonra isə Bakıda Litva ilə yoxlama moyunu keçirəcək.