19 yaşadək futbolçulardan ibarət İspaniya millisinin heyətində Azərbaycanla yoldaşlıq görüşü öncəsi dəyişiklik olub.

Offsideplus.az-ın yerli futbol federasiyasının rəsmi saytına istinadən məlumatına görə, bir futbolçu heyətdən çıxarılıb.

Belə ki, "Sevilya"nın üzvü Brayan Gil klubuna qaytarılıb. Buna əndəlüs klubunun müraciəti səbəb olub. Avropa Liqasının 1/16 final mərhələsində iki gündən sonra "Latsio"nun qonağı olacaq "Sevilya"da Gilin də adı iştirak ərizəsinə salınıb. Klub rəhbərliyi onun bu görüşün hazırlığına qatılması federasiyada icazə istəyib. Nəticədə U-19-un baş məşqçi Santi Denia 18 yaşlı yarımmüdafiəçini heyətdən çıxarıb.

Qeyd edək ki, bu gün keçiriləcək İspaniya - Azərbaycan oyunu Bakı vaxtı ilə 20:00-da start götürəcək.