İtaliya yığmasının təlim-məşq toplanışı üçün heyəti məlum olub. 

Offsideplus.az xəbər verir ki, baş məşqçi Roberto Mançini yığmaya "Sampdoriya"nın 36 yaşlı hücumçusu Fabio Kvalyarellanı da çağırıb.

Qeyd edək ki, hazırlıq 4-5 fevral tarixlərində keçriləcək.

Xatırladaq ki, Kvalyarella 2007-2010-cü illərdə İtaliya millisində oynayıb. O, ötən il Andrea Pirlonun vida matçında iştirak edib.