17 yaşa qədər futbolçulardan ibarət yığmamız beynəlxalq turnirdə iştirak edəcək. 

Offsideplus.az xəbər verir ki, komandamız sözügedən ölkənin əfsanəvi qapıçısı Viktor Bannikovun xatirəsinə həsr olunan ənənəvi yarışda mübarizə aparacaq.

Qeyd edək ki, 25-30 avqust tarixləri arasında keçiriləcək yarışda Azərbaycan və Ukrayna ilə yanaşı, Latviya, Çexiya, Belarus, Türkiyə, Slovakiya və İsrail yığmaları da qüvvəsini sınayacaq.