Azərbaycanın 19 yaşadək futbolçular ibarət milli komandasının Avropa çempionatının elit-raundundakı rəqibləri müəyyənləşib.

Offsideplus.az xəbər verir ki, püşkə əsasən, Vüqar Məmmədin rəhbərlik etdiyi kollektiv İrlandiya, Rusiya və Rumıniya ilə birgə 1-ci qrupda mübarizə aparacaq.

Bütün qrupların tərkibi: 

1-ci qrup: İrlandiya, Rusiya, AZƏRBAYCAN, Rumıniya

2-ci qrup: Yunanıstan, Çexiya, İngiltərə, Danimarka

3-cü qrup: Almaniya, Macarıstan, Norveç, Xorvatiya

4-cü qrup: İspaniya, Hollandiya, Uels, Sloveniya

5-ci qrup: Fransa, İsrail, İsveçrə, Polşa

6-cı qrup: Portuqaliya (ev sahibi), Şotlandiya, Türkiyə, Kipr

7-ci qrup: İtaliya, Serbiya, Ukrayna, Belçika

Qeyd edək ki, qrup qalibləri 14 - 27 iyulda Ermənistanda təşkil olunacaq final mərhələsinə vəsiqə qazanacaq.