Azərbaycan çempionatının I divizionunda XVII tur yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, turun son günündə “Qaradağ-Lökbatan”ın qonağı olan “Sabah-2” beş cavabsız qolla qalib qazanıb. “Zaqatala” isə səfərdə “Zirə-2”ni məğlub edib.

“Səbail-2” – “Qarabağ-2” matçı qolsuz bərabərliklə yekunlaşıb.

XVII tur
28 fevral
“Qaradağ-Lökbatan” – “Sabah-2” – 0:5
Qollar: Mehdi Çoba, 14, 29, Reza Biqdelo, 79, Zahid Mərdanov, 90+4, 90+6 (pen.)

“Zirə-2” – “Zaqatala” – 1:3
Qollar: Tapdıq Əhmədov, 1 (pen.) // Xəyal Əmirli, 10, Ülvi Quliyev, 50, Roini İsmayılov, 83

“Səbail-2” – “Qarabağ-2” – 0:0