Azərbaycan 1-ci divizionunda 17-ci turun oyunlarına start verilib.

Offsideplus.az xəbər verir ki, Gəncədə keçirilən mərkəzi qarşılaşmada "Kəpəz" "Turan Tovuz"u qəbul edib. Qərb derbisini qonaq komanda qazanıb - 2:1.

MOİK isə "Sumqayıt"ın əvəzedicilərini minimal hesabla məğlub edib - 1:0.