Birinci divizionda XVI tur yekunlaşıb.

Offsideplus.az xəbər verir ki, ikinci pillənin sahibi “Turan Tovuz” “Neftçi”nin əvəzedicilərini 1 qolla üstələyib. Həmçinin “Sumqayıt” və “Keşlə”nin ikinci komandaları da turu 3 xalla tamamlayıblar.

I divizion
XVI tur
21 fevral (cümə)
“Turan Tovuz” - “Neftçi-2” - 1:0

Elçin Qasımov, 25
“Sumqayıt-2” - “Kəpəz” - 1:0
Rüfət Abdullazadə, 65 (pen.)
“Keşlə-2” – MOİK - 3:1
Emin Quliyev, 12, 65, 85 - Fuad Məmmədzadə, 60

Qeyd edək ki, dünən keçirilən oyunlarda “Qarabağ-2” “Zirə-2”ni 5:0, “Səbail-2” isə “Sabah-2”ni 1:0 hesabı ilə məğlub edib. “Ağsu” çempionatdan çıxarıldığından, “Qaradağ Lökbatan”a 3:0 hesablı texniki qələbə verilib.