l divizionda mövsümün ikinci dövrəsinə hazırlığın qalan hissəsini Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib.

Offsideplus.az xəbər verir ki, Gəncə klubu “Səbail-2” komandası ilə üz-üzə gəlib.

“ASCO Arena”da keçirilən görüş 1:0 hesabı ilə paytaxt klubunun xeyrinə başa çatıb.

“Kəpəz” paytaxtda olduğu müddətdə daha bir yoxlama oyunu keçirəcək. Komanda yanvarın 28-də “Keşlə-2” ilə qarşılaşacaq.