Azərbaycan futbolunda daha bir məşqçi istefası qeydə alınıb. 

Offsideplus.az xəbər verir ki, MOİK rəhbərliyi birinci divizionda ardıcıl uğursuzluqdan sonra Ramin Nəsibovu postundan uzaqlaşdırıb.

Ötən mövsüm Azər Bağırovun çempion etdiyi "hərbçilər"in cari çempionatda qeyri-sabit çıxışı Nəsibovun istefasına səbəb olub. Maraqlıdır ki, onun istefası məhz Azər Bağırovun baş məşqçisi olduğu "Turan Tovuz"a məğlubiyyətdən (0:3) sonra reallaşıb.

Ordu klubu geridə qalan 4 turdan sonra 4 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. Nəsibov ötən mövsüm MOİK-də Azər Bağırovun köməkçisi işləyib. 

 

Sportinfo.az