Bu gün Azərbaycan birinci divizionunda 4-cü tura yekun vurulub. 

Offsideplus.az xəbər verir ki, son oyun günündə üç qarşılaşma keçirilib.

"Sabah"ın ikinci komandası evdə "Qaradağ Lökbatan"a qalib gəib. "Qarabağ -2" - "Səbail-2" matçında qonaqlar qələbə qazanıb. "Zaqatala" isə öz meydanında "Zirə-2"yə uduzub.

20 sentyabr

"Sabah-2" – "Qaradağ Lökbatan"- 2:0
Qol: Balamirzə Soltanov, 45+1. Cavid Nəcizadə, 90+6.

"Qarabağ-2" – "Səbail-2" - 2:3
Qol: Musa Qurbanlı, 48. Toral Bayramov, 52 – Bahadur Həziyev, 59-pen. Vidadi Cəfərov, 90+2. Xəlil Bəşirov, 90+5.

"Zaqatala" – "Zirə-2" - 0:1
Qol: Seyxan Fərəcov, 85.