Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2-ci tura start verilib. 

Offsideplus.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutub.

Dörd qolun qeydə alındığı “Keşlə-2” – “Kəpəz” matçında qalib müəyyənləşməyib.

“Sumqayıt” və “Neftçi”nin əvəzedicilərinin dueli də məhsuldar alınıb. Amma beş qolluq bu qarşılaşmada qonaqlar qələbə qazanmağa nail olublar.

“Turan Tovuz” – “Qaradağ Lökbatan” qarşılaşmasında isə qapılara bütövlükdə 10 qol vurulub. Meydan sahibləri bu görüşdə darmadağına seviniblər.

Birinci divizion, 2-ci tur

28 avqust

Keşlə-2 – Kəpəz 2:2
Qol: İbrahim Novruzov, 21. Elmir Rəhimzadə, 64 – Əli Səmədov, 56. Nodar Məmmədov, 70-pen.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Rauf Allahverdiyev
“ASK Arena”. 16:30.

Sumqayıt-2 – Neftçi-2 2:3
Qol: İbrahim Əliyev, 21. Elnur Cəfərov, 43 – Əlibəy Məmmədli, 7; 11. Asim Əlizadə, 77.
Hakimlər: Etibar Həsənov, Nahid Əliyev, Elxan Əsgərzadə, Rauf Cabarov
“Sumqayıt Arena”, ehtiyat meydança. 16:30.

Turan Tovuz – Qaradağ Lökbatan 6:4
Qol: İlkin Sadıqov, 7; 21. Murad Hüseynov, 42. Rüfət Məmmədov, 45; 63. Orxan Lalayev, 76 – Murad Hüseynov, 35-öz qapısına. Sahil Zeynalov, 38. Nuran Quliyev, 45+3-pen. Fərid Mahmudov, 90+3.
Hakimlər: İnqilab Məmmədov, Səbuhi Soltanov, Teymur Teymurov, Cahangir Yusifzadə
Tovuz şəhər stadionu. 16:30.

29 avqust

Ağsu – Səbail-2
Hakimlər: Vüqar Həsənli, Taleh Məmmədov, Elmin Süleymanov, Kamranbəy Rəhimov
Ağsu şəhər stadionu. 16:30.

Sabah-2 – Zirə-2
Hakimlər: Fərid Hacıyev, Vüqar Bayramov, Rəhman İmami, Rəvan Həmzəzadə
Binə qəsəbə stadionu. 16:30.

30 avqust

Qarabağ-2 – Zaqatala
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Ruslan Quliyev, Cahangir Yusifzadə
“Azersun Arena”. 16:30.

2-ci turda MOİK komandası istirahət edir.