“Turan Tovuz” klubu 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasında iştirak etmək üçün sənədləri AFFA-ya təqdim edib.

Bu barədə “Report”a Qərb təmsilçisinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, “Turan Tovuz” kadr-inzibati, idman, infrastruktur və hüquq meyarları üzrə tələb olunan bütün sənədləri AFFA Lisenziyalaşdırma Qrupuna təqdim edib: “Hüquq meyarı üzrə bank zəmanət məktubu və maliyyə meyarı üçün sənədlərin verilmə müddəti isə martın 31-də başa çatır. Həmin tarixə qədər bu sənədlərin də təqdim edilməsi nəzərdə tutulub”.

AFFA Lisenziyalaşdırma Qrupunun rəhbəri Sərxan Hacıyev “Report”a deyib ki, I Divizion klublarından yalnız 1-i quruma sənəd verib.

Qeyd edək ki, “Turan Tovuz” 16 turdan sonra 13 xalla 11-ci pillədə qərarlaşıb.