"Qəbələ"nin 19 yaşa qədər futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında növbəti görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, Çempionlar üçün mübarizə aparan əyalət təmsilçisi Qəbələ şəhər stadionunda Almaniya çempionu “Herta” ilə qarşılaşıb. Oyun rəqib komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Komandalar arasında cavab oyunu isə üç həftə sonra – noyabrın 28-də Berlində baş tutacaq. Qalib komanda pley-off mərhələsinə yüksələcək.

UEFA Gənclər Liqası

Çempionlar yolu

II mərhələ, ilk oyun

17:00. “Qəbələ” – “Herta” (Almaniya) - 1:3 
Qollar:
 Məhəmməd Kiprit, 65 (0:1), Cesik Nqankam, 71 (0:2), Ruven Vertmüller, 85 (0:3), Əli Sadiqov, 89 (1:3)

Hakimlər: Daniyar Saxi, Rustam Matyakubov, Maral Abdikerov (hamısı Qazaxıstan), İnqilab Məmmədov (Azərbaycan)
UEFA nümayəndəsi: Anna Aleksandra Raspopoviç (Monteneqro)
Hakim-inspektor: Frits Ştuxlik (Azərbaycan)
Qəbələ şəhər stadionu