"Qəbələ"nin U-19 komandası bu gün UEFA Gənclər Liqasında Çempionlar yolunun II mərhələsində cavab oyununa çıxıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da təmsilçimiz turnirdə mübarizəni dayandırıb.